Bu il azadlığa buraxılmış 3,7 min nəfərə birdəfəlik müavinət verilib

Bu il azadlığa buraxılmış 3,7 min nəfərə birdəfəlik müavinət verilib 2022-ci ilin altı ayı ərzində məcburi dövlət sosial sığorta haqları hesabına verilənlər istisna olmaqla, 27,7 min ailəyə 29,1 min uşağın anadan olmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş 3,6 min şəxsə müalicə üçün və penitensiar müəssisələrd
Sosial müdafiə
12 Avqust , 2022 11:47
Bu il azadlığa buraxılmış 3,7 min nəfərə birdəfəlik müavinət verilib

2022-ci ilin altı ayı ərzində məcburi dövlət sosial sığorta haqları hesabına verilənlər istisna olmaqla, 27,7 min ailəyə 29,1 min uşağın anadan olmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş 3,6 min şəxsə müalicə üçün və penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 3,7 min nəfərə birdəfəlik müavinət verilib.

Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən bildirilib.

2022-ci il iyulun 1-i vəziyyətinə 39,6 min aztəminatlı ailənin 174,6 min üzvü ünvanlı dövlət sosial yardımı alıb və onun bir nəfərə düşən orta aylıq məbləği 78,42 manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi