Bu il Azərbaycanda 41 nəfər insan alveri qurbanına yardım göstərib

Bu il Azərbaycanda 41 nəfər insan alveri qurbanına yardım göstərib Həmin şəxslərin bir çoxu eyni vaxtda bir neçə növ yardımla təmin edilib
Sosial müdafiə
8 Oktyabr , 2014 12:24
Bu il Azərbaycanda 41 nəfər insan alveri qurbanına yardım göstərib
Bakı. 8 oktyabr. REPORT.AZ/ Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Təminat Xidmətinin tabeliyindəki İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi cari ilin yanvar-sentyabr aylarında 41 nəfər insan alveri qurbanına, habelə insan alverinin qurbanına çevrilmək təhlükəsi olan 39 nəfərə müvafiq yardımlar göstərib. Nazirlikdən “Report”a verilən məlumata görə, həmin şəxslərin bir çoxu eyni vaxtda bir neçə növ yardımla təmin edilib.

Yardım göstərilən şəxslərdən 5 nəfərinin ailələrinə ünvanlı dövlət sosial yardımının təyin olunması hüququna baxılması üçün müvafiq rayon ƏSMM-nə, 18 nəfərinin məşğulluğunun təmin olunması, 6 nəfərinin peşə hazırlığı kursuna cəlb edilməsi üçün ƏƏSMN yanında Dövlət Məşğulluq Xidmətinə, 1 nəfərinə əlil arabasının verilməsi üçün nazirliyin müvafiq şöbəsinə, 1 nəfərin torpaq sahəsi ilə təmin olunması üçün İcra Hakimiyyətinə müraciət edilib. Eyni zamanda, 3 nəfərə maddi yardım göstərilib, 5 nəfər sığınacaqla, 11 nəfər tibbi, 6 nəfər psixoloji, 23 nəfər hüquqi yardımla təmin edilib. Bir nəfər zərərçəkmişin övladı körpələr evi-uşaq bağçasına yerləşdirilib, həmçinin 2 nəfərin sosial xidmət müəssisəsinə yerləşdirilməsi, 1 nəfər zərərçəkmişin hüquqlarının təmin edilməsi üçün işlər aparılıb.

Son xəbərlər

Orphus sistemi