Bu il 56 mindən çox işsiz işlə təmin olunub

Bu il 56 mindən çox işsiz işlə təmin olunub Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin 8 ayında 56 788 işsiz və işaxtaran şəxs münasib işlərlə təmin edilib.
Sosial müdafiə
13 Sentyabr , 2021 14:49
Bu il 56 mindən çox işsiz işlə təmin olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin 8 ayında 56 788 işsiz və işaxtaran şəxs münasib işlərlə təmin edilib.

Agentlikdən "Report"a verilən məlumata görə, onlardan 22 686-si ödənişli ictimai işlərə cəlb olunub, 314 nəfərinin əməkhaqlarının birgə maliyyələşdirilməsi proqramı üzrə işlə təminatı həyata keçirilib.

Bu dövr ərzində özünüməşğulluq proqramının icrası da uğurla davam etdirilib. Belə ki, 8 ayda 9296 nəfərin öz təsərrüfatlarını qurmaları üçün qeydiyyatı aparılıb.

Həmçinin 179 işsiz və işaxtaran peşə hazırlığı kurslarına cəlb olunub, 2315 şəxsə işsizlikdən sığorta ödənişi təyin edilib.

Son xəbərlər

Orphus sistemi