Bu il 54,2 min nəfərə kommunal, nəqliyyat və digər xidmətlər üçün müavinət verilib

Bu il 54,2 min nəfərə kommunal, nəqliyyat və digər xidmətlər üçün müavinət verilib Bakı. 17 noyabr. REPORT.AZ/ 2018-ci il oktyabr 1-i vəziyyətinə görə 410,9 min nəfərə sosial müavinətlər təyin olunub.
Sosial müdafiə
17 Noyabr , 2018 17:58
Bu il 54,2 min nəfərə kommunal, nəqliyyat və digər xidmətlər üçün müavinət verilib

Bakı. 17 noyabr. REPORT.AZ/ 2018-ci il oktyabr 1-i vəziyyətinə görə 410,9 min nəfərə sosial müavinətlər təyin olunub.

“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Yaşa görə müavinət alanların sayı 47,9 min nəfər, əlilliyə görə 164,9 min nəfər, ailə başçısını itirməyə görə 43,5 min nəfər, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşadək uşaqların sayı isə 73,5 min nəfər olub.

Əmək pensiyası almaq hüququ olmayan 54,2 min nəfərə kommunal, nəqliyyat və digər xidmətlər üçün müavinət verilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 0,5 faiz çoxdur.

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların 303 nəfər qəyyumuna aylıq müavinət verilib. Bununla yanaşı, şəhid ailələrinin, müharibə əlillərinin, Çernobıl AES-də baş vermiş qəzanın ləğvində iştirak edərək I və II qrup əlil olmuş şəxslərin və müddətli hərbi xidmət qulluqçularının 8,7 min ailəsinə 15,6 min uşaq üçün aylıq müavinət verilib. Bundan əlavə, 812 nəfər bir yaşadək uşağa görə 809 ailəyə və beşdən çox uşağı olan 2,9 min qadına 8,8 min uşaq üçün sosial müavinət verilib.

2018-ci ilin doqquz ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 69056 nəfərə, o cümlədən 56711 uşağın doğulmasına görə, 4310 nəfərə radiasiya qəzası nəticəsində əlil olmuş şəxslərin müalicəsi üçün, 5642 nəfərə penitensiar müəssisələrində cəza çəkməkdən azad edilmiş şəxslərə və həyatını itirmiş 2393 nəfərin dəfni üçün birdəfəlik müavinətlər verilib.

Cari ilin oktyabrın 1-i vəziyyətinə əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində 397 nəfər zərərçəkən kompensasiya alıb.

Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunmuş müxtəlif kateqoriyadan olan şəxslərin sayı 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,8 faiz artaraq 62,2 min nəfər olub.

Son xəbərlər

Orphus sistemi