Bu il 432 min manatdan artıq gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə verilməsi təmin edilib

Bu il 432 min manatdan artıq gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə verilməsi təmin edilib Bu vəsaitin 402181 manatını əmək haqları, qalan hissəsini zərərə görə ödənc, sosial müavinət və kompensasiyalar təşkil edib
Sosial müdafiə
5 İyun , 2015 11:02
Bu il 432 min manatdan artıq gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə verilməsi təmin edilib

Bakı. 5 iyun. REPORT.AZ/ Yanvar-may aylarında 432 min manatdan artıq gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib. Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Bildirilib ki, nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) idarə, müəssisə və təşkilatlarda əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti zamanı işçilərə əmək haqları və digər sosial xarakterli ödənişlərin vaxtlı-vaxtında ödənilməsinə xüsusi diqqət yetirir.

Bu ilin may ayında nəzarət tədbirləri və vətəndaş müraciətlərinin araşdırılması zamanı əsasən sahibkarlıq subyektlərində olmaqla, ümumilikdə 54467 manat məbləğində sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyi aşkar edilib. Xidmətin gördüyü tədbirlər nəticəsində qeyd olunan vəsaitin, o cümlədən 52713 manat həcmində əmək haqqının, 682 manat həcmində zərərə görə ödəncin, 1072 manat həcmində sosial müavinət və kompensasiyaların işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin olunub.

Ümumilikdə bu ilin yanvar-may aylarında DƏMX işəgötürənlər tərəfindən ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,03 dəfə çox, yəni 432146 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsini təmin edib. Bu vəsaitin 93,06%-ni (402181 manat) əmək haqları, qalan hissəsini zərərə görə ödənc, sosial müavinət və kompensasiyalar təşkil edib.

Son xəbərlər

Orphus sistemi