Bu il 4 reabilitasiya və sosial xidmət müəssisəsi açılacaq

Bu il 4 reabilitasiya və sosial xidmət müəssisəsi açılacaq 2020-ci ildə Lənkəran, Xaçmaz, Şirvan, Şəki, Sumqayıt, Göygöl şəhər və rayonlarındakı reabilitasiya və sosial xidmət müəssisələri də əsaslı şəkildə təmir olunaraq və yenidən qurularaq istifadəyə verilib.
Sosial müdafiə
3 Fevral , 2021 11:52
Bu il 4 reabilitasiya və sosial xidmət müəssisəsi açılacaq
Cavid Əbdul-Qədirov

2020-ci ildə Lənkəran, Xaçmaz, Şirvan, Şəki, Sumqayıt, Göygöl şəhər və rayonlarındakı reabilitasiya və sosial xidmət müəssisələri də əsaslı şəkildə təmir olunaraq və yenidən qurularaq istifadəyə verilib.

"Report" xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin rəhbəri Cavid Əbdul-Qədirov mətbuat konfransında deyib.

O bildirib ki, qazilərimizin səmərəli tibbi-sosial reabilitasiya xidmətləri ilə əhatə olunması üçün son illərdə müasir reabilitasiya infrastrukturu yaradılıb:

"Bu il üçün 4 müasir reabilitasiya və sosial xidmət müəssisəsi də açılacaq".

C.Əbdul-Qədirov ötən il əlilliyi olan 11 344 şəxsin, o cümlədən, müharibə ilə əlaqədar əlilliyi olan 1 648 şəxsin protez-ortopedik bərpa xidməti ilə təmin olunduğunu qeyd edib:

"Ümumilikdə əlilliyi olan şəxslərə 35 000 reabilitasiya vasitəsinin verilib".

O, postmüharibə dövründə də qazilərimizin ehtiyaclarına uyğun reabilitasiya vasitələri, sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin olunduqlarını vurğulayıb.

Əlilliyin qiymətləndirilməsi sahəsində ötən il aparılan işləri diqqətə çatdıran Agentlik sədri əlillik təyinatlarının elektron sistem üzərindən şəffaf şəkildə aparıldığını diqqətə çatdırıb. O, Tibbi-sosial ekspertiza və reabilitasiya sahəsində e-texnologiyaların tətbiqi işlərinin davam edəcəyini deyib.

Son xəbərlər

Orphus sistemi