Bu il 4,5 min nəfərə yaxın əlilliyi olan şəxs və şəhid ailəsinə birdəfəlik maddi yardım edilib

Bu il 4,5 min nəfərə yaxın əlilliyi olan şəxs və şəhid ailəsinə birdəfəlik maddi yardım edilib Maddi yardım olunan şəxslərin 112 nəfəri 20 Yanvar şəhidinin ailəsi, 316 nəfəri 20 Yanvar əlilidir
Sosial müdafiə
20 Oktyabr , 2015 19:34
Bu il 4,5 min nəfərə yaxın əlilliyi olan şəxs və şəhid ailəsinə birdəfəlik maddi yardım edilib

Bakı. 20 oktyabr. REPORT.AZ/ Bu ilin 9 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 4,5 min nəfərə yaxın əlilliyi olan şəxsi və şəhid ailəsini birdəfəlik maddi yardımla təmin edib. Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Məlumata əsasən, bu dövrdə "2015-ci il üçün əlillərin və sağlam imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqram”ı çərçivəsinə sosial müdafiəyə daha çox ehtiyacı olan 400 nəfər əlilliyi olan şəxsə sosial-məişət problemlərinin həllinə köməklik məqsədilə birdəfəlik maddi yardımlar verilib. Habelə 14 nəfər əlilliyi olan şəxsin respublika daxilində müalicə olunmasına, Səhiyyə Nazirliyinin "Vətəndaşların respublikadan kənar müalicəyə göndərilməsi məsələləri üzrə Komissiyası"nın müvafiq rəyi əsasında 39 nəfər əlilliyi olan şəxsin respublikadan kənar müalicəyə göndərilməsinə birdəfəlik maddi yardım ödənilməsi qaydasında köməklik göstərilib.

Yanvar-sentyabr aylarında 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar 112 nəfər 20 Yanvar şəhidinin ailəsinə, 316 nəfər 20 Yanvar əlilinə, Çernobıl AES-də baş vermiş qəzanın 29-cu ildönümü ilə əlaqədar həmin qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edərkən əlil olan 486 nəfər şəxsə birdəfəlik maddi yardım ödənilib. Həmçinin 15 Sentyabr–Bilik günü ərəfəsində sağlamlıq imkanları məhdud iki və daha artıq məktəbli üzvü olan 1492 ailədəki 3117 uşağa görə həmin ailələrə birdəfəlik maddi yardım verilib.

Son xəbərlər

Orphus sistemi