Bu il Azərbaycanda 1238 əkiz, 36 üçəm doğulub

Bu il Azərbaycanda 1238 əkiz, 36 üçəm doğulub Bu ilin 5 ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 56 254 doğulan körpə qeydə alınıb.
Sosial müdafiə
17 İyul , 2019 09:21
Bu il Azərbaycanda 1238 əkiz, 36 üçəm doğulub

Bu ilin 5 ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 56 254 doğulan körpə qeydə alınıb.

Dövlət Statistika Komitəsindən “Report”a verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyərək eyni səviyyədə (13,7) qalıb.

Körpələrdən 1238-i əkiz, 36-sı isə üçəm doğulanlardır.

Bundan başqa, bu ilin yanvar-may aylarında ölkədə 24 690 ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,2-dən 6,0-a düşüb.

Son xəbərlər

Orphus sistemi