Bu il 1000 nəfər əlilliyi olan şəxs istirahət mərkəzlərinə yola salınıb

Bu il 1000 nəfər əlilliyi olan şəxs istirahət mərkəzlərinə yola salınıb İstirahət günlərində əlilliyi olan şəxslər üçün musiqili-əyləncəli tədbirlər, ətraf rayonlara və tarixi yerlərə gəzinti turları təşkil olunur
Sosial müdafiə
7 Sentyabr , 2015 10:27
Bu il 1000 nəfər əlilliyi olan şəxs istirahət mərkəzlərinə yola salınıb

Bakı. 7 sentyabr. REPORT.AZ/ Şəki rayonunda yerləşən istirahət və sağlamlıq mərkəzinə daha 43 nəfər əlilliyi olan şəxs yola salınıb. Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, nazirlik bu ilin yaz-yay mövsümündə 1007 nəfər əlilliyi olan şəxsi Lənkəran, Xaçmaz və Şəki rayonlarındakı istirahət və sağlamlıq mərkəzlərinə göndərib.

Qeyd edək ki, istirahət günlərində əlilliyi olan şəxslər üçün musiqili-əyləncəli tədbirlər, ətraf rayonlara və tarixi yerlərə gəzinti turları təşkil olunur. Onların qeyd olunan mərkəzlərə aparılması və qaytarılması, eləcə də gəzinti turlarının təşkili xüsusi nəqliyyat vasitəsilə həyata keçirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "2015-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı"nda əlilliyi olan şəxslərin sosial müdafiəsi və reabilitasiyasına yönələn digər tədbirlərlə yanaşı, onların asudə vaxtlarının təşkili məqsədilə istirahət zonalarına göndərilməsi də nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi