Bu il 1 226 nəfər şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib

Bu il 1 226 nəfər şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib Onların 82 nəfərini əlilliyi olan şəxslər təşkil edib
Sosial müdafiə
7 Aprel , 2017 11:32
Bu il 1 226 nəfər şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib
Report

Bakı. 7 aprel. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 1 226 nəfər şəxsi kompüter istifadəçisi, kompüterçi-dizayner, kompüter mühasibliyi, dərzi, elektrik montyoru, mebel quraşdırıcısı, qənnadçı, elektrik qaynaqçısı, avtomobil təmiri üzrə çilingər, əməliyyatçı mühasib, qazanxana maşinisti, toxucu, xalçaçı, bərbər və s. peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edib. 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, həmin şəxslərdən 1 192 nəfəri (o cümlədən 48 nəfər əlilliyi olan şəxs) Dövlət Məşğulluq Xidməti tərəfindən, 34 nəfəri isə nazirliyin 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi tərəfindən kurslara qəbul olunublar. Mərkəzdə peşə hazırlığı dövründə sağlamlıq imkanları məhdud gənclər dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə də təmin ediliblər.

Peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilən şəxslərdən 82 nəfərini əlilliyi olan şəxslər təşkil edib. Kursları başa çatdıran şəxslərə peşə sertifikatları təqdim edilib.

Nazirlik gənclərin gələcəkdə əmək bazarına fəal şəkildə inteqrasiya olunmaları üçün onların əmək bazarının tələblərinə uyğun şəkildə düzgün peşə və ixtisas seçimi etmələri məqsədilə peşəyönümü tədbirlərini də davam etdirir. Cari ilin yanvar-mart aylarında nazirliyin məşğulluq orqanları tərəfindən əsasən orta ümumtəhsil məktəblərin yuxarı sinif şagirdləri arasında təşkil olunan peşəyönümü tədbirlərində 32 053 nəfər gəncə peşəyönümü məsləhətləri verilib.

Son xəbərlər

Orphus sistemi