​Bu gündən bulvarda "Şaxta baba" və "Qar qız"lar fəaliyyətə başlayıb

​Bu gündən bulvarda "Şaxta baba" və "Qar qız"lar fəaliyyətə başlayıb Dekabrın 28-də atraksionlar uşaqlar üçün pulsuz olacaq
Sosial müdafiə
267
25 Dekabr , 2015 18:29
​Bu gündən bulvarda Şaxta baba və Qar qızlar fəaliyyətə başlayıb

Bakı. 25 dekabr. REPORT.AZ/ Dənizkənarı Milli Parkda 10 ədəd şam ağacı bəzədilib və bu gündən şam ağaclarının hər birinin yanında bir nəfər "Şaxta baba" və "Qar qız" fəaliyyətə başlayıb.

Bu barədə "Report"a Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov məlumat verib.

N.Məcidov bildirib ki, dekabrın 28-də səhər saat 10:00-dan başlayaraq günorta 13:00-dək bulvar ərazisindəki bütün atraksionlar, karusellər pulsuz olacaq. Aksiya 15 yaşınadək olan uşaqlar üçün nəzərdə tutulub.

N.Məcidov dekabrın 31-də yeni ilin gəlişi münasibətilə bulvarda atəşfəşanlıq olacağını da əlavə edib.

Son xəbərlər

Orphus sistemi