Dünyada Ümumdünya Uşaqlar günü qeyd olunur

Dünyada Ümumdünya Uşaqlar günü qeyd olunur Azərbaycanda oktyabrın 20-dən noyabrın 20-dək “Uşaq hüquqları aylığı” keçirilib
Sosial müdafiə
20 Noyabr , 2015 11:21
Dünyada Ümumdünya Uşaqlar günü qeyd olunur

Bakı. 20 noyabr. REPORT.AZ/ Bu gün dünyada Ümumdünya Uşaqlar Günü (Ümumdünya Uşaq Hüquqları günü ) qeyd olunur.

"Report" xəbər verir ki, bu bayram 1956-cı ildən bütün dövlətlərdə uşaqların şərəfinə keçirilməsi tövsiyə olunan bayramdır. Bayram Birləşmiş Millətlər Təşkilatının (BMT) dünya uşaqlarının əmin-amanlığının təmin olunmasına, yaxşılaşdırılmasına yönəldilən fəaliyyətinin möhkəmləndirilməsinə yönəlib.

BMT tərəfindən 1959-cu ilin 20 noyabrında "Uşaq Hüquqları Bəyannaməsi, 1989-cu ildə isə "Uşaq Hüquqları Konvensiyası" qəbul edilib.

BMT-nin Uşaq Fondu Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən Uşaq Hüquqları Konvensiyası (UHK) uşaqların insan hüquqlarını təsdiq edən ilk icbari hüquqa malik beynəlxalq konvensiyadır. 1989-cu ildən bu günədək BMT-yə və ya Cenevrə Konvensiyasına üzv olan ölkələrin sayını üstələyən 193 ölkə tərəfindən ratifikasiya edilmiş Konvensiya demək olar ki, bütün dünyada qəbul edilib.

Bu il Azərbaycanın ratifikasiya etdiyi BMT-nin Uşaq Hüquqları Konvensiyasının (UHK) qəbul edilməsindən 26 il keçir.

Qeyd edək ki, Azərbaycan Ombudsman Aparatı tərəfindən oktyabrın 20-dən noyabrın 20-dək respublikada “Uşaq hüquqları aylığı” keçirilib.

Son xəbərlər

Orphus sistemi