Bu gün Beynəlxalq Ahıllar Günüdür

Bu gün Beynəlxalq Ahıllar Günüdür Hazırda Azərbaycanda 10 251 nəfərdən çox ahıl var
Sosial müdafiə
1 Oktyabr , 2015 11:24
Bu gün Beynəlxalq Ahıllar Günüdür

Bakı. 1 oktyabr. REPORT.AZ/ 1 Oktyabr - Beynəlxalq Ahıllar Günüdür. "Report" xəbər verir ki, BMT Baş Məclisinin 1992-ci ildə qəbul etdiyi "Ahılların müdafiəsi ilə bağlı Qətnamə"yə əsasən təsis edilən Beynəlxalq Ahıllar Günü 1993-cü ildən başlayaraq Azərbaycanda da hər il qeyd olunur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı statistikaya əsasən, hazırda Azərbaycanda 12 569 nəfərdən çox vətəndaşa evlərində sosial-məişət xidməti göstərilir ki, onlardan 10 251 nəfərdən çoxu 70 yaşdan yuxarı olanlardır. Bundan başqa, nazirliyin tabeliyində olan sosial xidmət müəssisələrində 200 nəfərədək ahıl tam dövlət təminatında yaşayır.

Qeyd edək ki, "Sosial xidmət haqqında" qanuna əsasən, ölkədə 70 yaşına çatan vətəndaşlar ahıl hesab olunurlar.

Son xəbərlər

Orphus sistemi