​Bu gün Azərbaycanda qış vaxtına keçilib

​Bu gün Azərbaycanda qış vaxtına keçilib Respublika ərazisində saatlar 1 saat geri çəkilməklə yay vaxtı ləğv edilib
Sosial müdafiə
25 Oktyabr , 2015 10:14
​Bu gün Azərbaycanda qış vaxtına keçilib

Bakı. 25 oktyabr. REPORT.AZ/ Oktyabrın 25-də, saat 05:00-da Azərbaycanda qış vaxtına keçilib.

"Report" xəbər verir ki, respublika ərazisində saatlar 1 saat geri çəkilməklə yay vaxtı ləğv edilib.

Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 17 mart 1997-ci il tarixli, 21 nömrəli Qərarına əsasən hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir. Hər il oktyabr ayının son bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir. Qərarın həyata keçirilməsinə nəzarəti Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.

Son xəbərlər

Orphus sistemi