Hər il mart ayının son şənbə günü dünyada qeyd olunan “Yer saatı” aksiyası ilə əlaqədar olaraq, "ASAN xidmət” mərkəzlərinin fasad işıqları 1 saatlıq söndürüləcək.
Bu barədə "Report"a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, aksiyaya uyğun olaraq məşhur binaların fasad işıqları yerli vaxtla saat 20:30-da bir saatlıq söndürülərək iqlim dəyişikliyinə diqqət çəkilir: