Üç şəhər və rayonda əlillərə reabilitasiya vasitələri evlərinə aparılacaq

Üç şəhər və rayonda əlillərə reabilitasiya vasitələri evlərinə aparılacaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi ölkədə elan olunan xüsusi karantin rejimi müddətində Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əlilliyi olan şəxslərə reabilitasiya vasitələri evlərinə aparılıb veriləcək.
Sosial müdafiə
30 Mart , 2020 12:27
Üç şəhər və rayonda əlillərə reabilitasiya vasitələri evlərinə aparılacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi ölkədə elan olunan xüsusi karantin rejimi müddətində Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əlilliyi olan şəxslərə reabilitasiya vasitələri evlərinə aparılıb veriləcək.

Nazirlikdən "Report"a verilən məlumata görə, həmin əlilliyi olan şəxslər ehtiyac duyduqları reabilitasiya vasitələri (əlil arabası,dördayaqlı dayaq vasitəsi, qoltuqaltı və dirsəkaltı ağac, əsa və s. ) ilə təmin edilmək üçün 077 489 90 00, 077 489 90 04 və 077 489 90 05 telefon nömrələri ilə əlaqə saxlayaraq müraciət edə bilərlər.

Müraciətlər əsasında reabilitasiya vasitələri beş gün ərzində yaşadıqları ünvanlarda onlara təqdim olunacaq. 

Son xəbərlər

Orphus sistemi