Bu ay Vətən müharibəsi iştirakçılarına "Müharibə veteranı" statusu və təqaüdü veriləcək

Bu ay Vətən müharibəsi iştirakçılarına "Müharibə veteranı" statusu və təqaüdü veriləcək “Prezident İlham Əliyevin tapşırığına əsasən mərkəzləşmiş elektron informasiya sistemi olan Zəfər altsisteminə daxil edilən şəxslərlə bağlı işlər ayın sonunadək yekunlaşacaq”.
Sosial müdafiə
2824
15 Yanvar , 2022 16:18
Bu ay Vətən müharibəsi iştirakçılarına Müharibə veteranı statusu və təqaüdü veriləcək

“Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzləşmiş elektron informasiya sistemi olan Zəfər altsisteminə daxil edilən şəxslərlə bağlı işlər ayın sonunadək yekunlaşdırılacaq”.

“Report”un xəbərinə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Babək Hüseynov “REAL TV”yə açıqlamasında deyib.

O bildirib ki, Vətən müharibəsi iştirakçıları yanvar ayı ərzində "Müharibə veteranı" statusunu və vəsiqəsini, həmçinin aylıq 80 manat təqaüdü ala biləcəklər.

Son xəbərlər

Orphus sistemi