Yuxarı

BMT nümayəndələri "ASAN xidmət" mərkəzi ilə tanış olub

Görüşdə ASAN xidmət konsepsiyasının örnək model olduğu və bu təcrübənin digər ölkələrdə tətbiqinin əhəmiyyəti vurğulanıb

Bakı. 21 fevral. REPORT.AZ/ BMT baş katibinin humanitar məsələlər üzrə elçisi Abdullah Matouq Al-Matouqun rəhbərlik etdiyi nümayəndə heyəti 3 saylı Bakı "ASAN xidmət" mərkəzi ilə tanış olublar. 

"Report" xəbər verir ki, qonaqları salamlayan Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov "ASAN xidmət" mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.

Bildirilib ki, dövlət xidmətlərinin göstərilməsi üzrə Azərbaycan modeli olan "ASAN xidmət"in yaradılması ilə səmərəli dövlət idarəçiliyində şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından ciddi irəliləyişlərə nail olunub.

Qonaqlar dövlət xidmətlərinin göstərilməsi sahəsində Azərbaycanın əldə etdiyi nailiyyətlərin təqdirə layiq olduğunu bildirib və "ASAN xidmət" mərkəzlərinin fəaliyyəti, o cümlədən şəffaflığın və rahatlığın təmin edilməsi məqsədi ilə innovativ üsullardan istifadəni və gənclərlə görülən işi yüksək qiymətləndiriblər.

Görüşdə "ASAN xidmət" konsepsiyasının örnək model olduğu və bu təcrübənin digər ölkələrdə tətbiqinin əhəmiyyəti vurğulanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi