Yuxarı
    Bağlamaq

    BMT Azərbaycanda doğulan uşağın cinsinə nəzarət metodunu müzakirə edəcək

    Azərbaycan Qadınlara Qarşı Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv edilməsi haqqında Konvensiyanı imzalayan 188 ölkədən biridir

    Bakı. 16 fevral. REPORT.AZ/ Azərbaycanın qadın hüquqlarının təmin edilməsi istiqamətində həyata keçirdiyi fəaliyyət BMT-nin Qadınlara Qarşı Ayrı‐seçkiliyin Bütün Formalarının Ləğvi Komitəsi (CEDAW) tərəfindən fevralın 18-də toplantıda araşdırılacaq.

    Bu barədə "Report"a BMT-nin Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.

    Azərbaycan Qadınlara Qarşı Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv edilməsi haqqında Konvensiyanı imzalayan 188 ölkədən biridir.

    Komitə ölkədə qadın hüquqlarının təşviqi və müdafiəsi ilə bağlı məsələlər üzrə Azərbaycan hökumətinin nümayəndə heyəti ilə müzakirələr aparacaq və eyni zamanda, QHT nümayəndələrinin fikirləri də dinləniləcək.

    Müzakirə ediləcək məsələlər arasında stereotiplər və erkən nikahın artmasına şərait yaradan patriarxal münasibətləri aradan qaldırmaq üçün tədbirlər, qadın və qız uşaqlarının alverinə qarşı mübarizə səyləri, doğulan uşağın cinsinə nəzarət metodu kimi istifadə olunan abortların tənzimlənməsi üzrə tədbirlər və s. olacaq.

    CEDAW-nun sözügedən 60-cı sessiyasında BMT-nin Azərbaycandakı rezident Əlaqələndirici Antonius Bruk, BMT-nin Əhali Fondunun Proqram Müşaviri və BMT-nin Gender Qrupunun rəhbəri Bəhicə Əliyeva iştirak edəcəklər. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi