Yuxarı

"Biznesin inkişaf etdirilməsində gənclərə dəstək" adlı layihəyəyə start verilib

Tədbir Prezident yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə baş tutub

Bakı. 7 iyul. REPORT.AZ/ "Turizmə Dəstək Gənclər Assosasiyası" İctimai Birliyi "Biznesin inkişaf etdirilməsində gənclərə dəstək" adlı layihə çərçivəsində ilk tədbirini keçirib. "Report" xəbər verir ki, tədbir Prezident yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə baş tutub.

Tədbirdə çıxış "Turizmə Dəstək Gənclər Assosasiyası" İctimai Birliyinin edən sədrinin müavini Tural Nəsirov ilk Avropa Oyunları ərəfəsində təbliğat və təşviqat üçün layihələrin icra olunması əhəmiyyətindən, qarşıda duran məqsədlərdən və görüləcək işlərdən danışıb.

Tədbirdə müzakirə olunan əsas mövzular regionlarda yaşayan gənc sahibkarlar, gənc fermerlərə sahibkarlıq fəaliyyəti və kənd təsərrüfatı fəaliyyəti ilə bağlı qanunvericilikdən məlumatların verilməsi olub.

Tədbirdə İB-nin sədri Tural Nəsirov və digər ekspertlərin çıxışı dinlənilib.

Sonda iştirakçılara Təşkilatın sertifikatları təqdim olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi