Bir sıra rayonlar üzrə notariat fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin sənədlərinin qəbulu başa çatır

Bir sıra rayonlar üzrə notariat fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin sənədlərinin qəbulu başa çatır Sənədlərin tələblərə uyğunluğu nazirlikdə araşdırıldıqdan sonra İxtisas Komissiyasına təqdim olunacaq
Sosial müdafiə
6 Sentyabr , 2017 20:58
Bir sıra rayonlar üzrə notariat fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin sənədlərinin qəbulu başa çatır
Report

Bakı. 6 sentyabr. REPORT.AZ/ Ədliyyə Nazirliyinin Cəlilabad, Xızı, İmişli, Masallı, Quba, Samux, Saatlı, Şəmkir və Yardımlı rayonlarında vakant olan notarius vəzifələrinin komplektləşdirilməsi məqsədilə elan etdiyi müsabiqə üzrə sənədlərin qəbulu müddəti sentyabr ayının 15-də başa çatacaq.

Nazirliyin Mətbuat xidmətindən "Report"a bildirilib ki, “Notariat haqqında” Qanuna və “Notariat fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə şəhadətnamə almaq üçün imtahanın və müsahibələrin keçirilməsi Qaydası”na əsasən, toplanmış sənədlərin qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğunluğu Nazirlikdə araşdırılaraq İxtisas Komissiyasına təqdim olunacaq.

Test imtahanının vaxtı və yeri barədə Ədliyyə Nazirliyinin İxtisas Komissiyası tərəfindən məlumat veriləcəkdir.

Əlavə məlumatları nazirliyin internet saytından, habelə 404-42-28, 404-42-29 nömrəli əlaqə telefonları vasitəsilə əldə etmək mümkündür.

Son xəbərlər

Orphus sistemi