Bakı. 1 oktyabr. REPORT.AZ/ "Təhlükəsiz iş aylığı" çərçivəsində müvafiq Tədbirlər Planı əsasında ümumilikdə 107 işəgötürəndə dövlət nəzarəti keçirilib. Bu tədbirlər zamanı 83 halda qanun pozuntusu aşkar edilib və 79 inzibati xəta haqqında protokol tərtib edilməklə 79 nəfər sahibkara qarşı ümumilikdə 179 900 manat məbləğində inzibati cərimə tətbiq olunub". "Report" xəbər verir ki, bunu
Həmin nəzarət tədbirləri zamanı vergi ödəyicisi kimi qeydiyyatdan keçməyən 17 sahibkarın da aşkar olunduğunu deyən F.Əlizadə bildirib ki, təkcə bu ilin avqust ayında istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,5 faiz, qeyd olunan hadisələr nəticəsində xəsarət alanların sayı 7,1 faiz azalıb: "Ümumilikdə bu ilin 8 ayında istehsalatla əlaqəli bədbəxt hadisələrin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 33,3 faiz, həmin hadisələr nəticəsində xəsarət alanların sayında isə 38,3 faiz azalma qeydə alınıb".