​DSMF sədri: "Bir çox hallarda işəgötürənlər vəsaitləri düzgün bölüşdürmür"

​DSMF sədri: "Bir çox hallarda işəgötürənlər vəsaitləri düzgün bölüşdürmür" Vətəndaşların fərdi hesablarında qeydiyyat prosesində olan boşluqlar Fonda məlumdur
Sosial müdafiə
10 İyun , 2015 15:58
​DSMF sədri: Bir çox hallarda işəgötürənlər vəsaitləri düzgün bölüşdürmür

Bakı. 10 iyun. REPORT.AZ/ "Dövlət Sosial Müdafiə Fondunun internet saytı vasitəsilə bütün əhalinin məlumatlandırılması işi aparılır. Vətəndaşlar sayta müraciət edərək hər bir şəxs üzrə ödənilən sosial sığorta haqlarının məbləği barədə məlumat əldə edə bilərlər. Bunu fərdi hesablar vasitəsilə öyrənmək mümkündür". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev deyib.

Onun sözlərinə görə, vətəndaşların fərdi hesablarında qeydiyyat prosesində boşluqlar var və DSMF bunun mahiyyəti haqda məlumatlıdır: "Yəni bir çox hallarda işəgötürənlər vəsaitləri düzgün bölüşdürmür və yaxud hesabatı təqdim edərkən işçilər üzrə fərdi məlumatları Fondun orqanlarına vaxtında vermirlər. Məhz bu problemlərlə bağlı əhalini məlumatlandırmaq istəyirik ki, onlar hesablarına daxil olaraq müvafiq aylar üzrə vəsaitlərinin oturmadığını görüb öz işəgötürənləri üzərində ictimai nəzarəti reallaşdırsınlar". 

E.Mehdiyev həmçinin xatırladıb ki, bəzi hallarda vətəndaşlar bu məlumatı görüb yenə də Fondun məbləği bazaya oturtmadığı iddialarını səsləndirirlər: "Biz bütün baş verənləri bilirik. Ona görə də vətəndaşların diqqətinə çatdırmaq istəyirik ki, onlar məlumatlardan faydalanaraq öz işəgötürənlərinin üzərində nəzarəti tənzimləyə bilsinlər. Hazırda ölkədə 3 milyondan artıq sığorta olunan şəxs var. Ona görə də onların hər birini fərdi nəzarətçiyə çevirməklə bu sahədəki boşluqları aradan qaldıra bilərik". 

Son xəbərlər

Orphus sistemi