Yuxarı
    Bağlamaq

    Binəqədidə yanan binanın təmiri başa çatıb - FOTO

    Sahə rəisi: “Tikinti şirkəti binanı yaxın günlərdə təhvil verəcək”

    Bakı. 17 sentyabr. REPORT.AZ/ Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında yanan 16 mərtəbəli binada təmir işləri tam başa çatıb. "Azəraqrartikinti" Açıq Səhmdar Cəmiyyətinin sahə rəisi Sənan Şükürov "Report"a açıqlamasında bildirib ki, binanın içərisində olan bütün işlər bitib, hazırda təmizlik işləri aparılır.

    Binanın həyətində abadlıq işlərinin aparıldığını deyən sahə rəisi qeyd edib ki, tikinti şirkəti binanı yaxın günlərdə təhvil verəcək: "Rəsmi açılış tarixini isə müvafiq qurumlar müəyyənləşdirəcək".

    S.Şükürov vurğulayıb ki, binanın mənzillərində ev üçün lazım olan bütün avadanlıqlar quraşdırılıb, mebel dəstləri yerləşdirilib, elektrik avadanlıqlarından isə paltaryuyan maşın və elektriklə işləyən qaz sobası və s. quraşdırılıb.

    Onun sözlərinə görə, elektrik, istilik xətləri, lift sistemi də hazırdır.

    Qeyd edək ki, mayın 19-da Bakı şəhəri, Binəqədi rayonunun Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli binada yanğın baş vermişdi. Nəticədə 4-ü azyaşlı olmaqla, 15 nəfər ölüb, 50-dən çox insan müxtəlif dərəcəli bədən xəsarəti alıb və ya zəhərlənib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi