Binəqədidə yanan binada təmir işləri sentyabrda yekunlaşacaq - FOTO

Binəqədidə yanan binada təmir işləri sentyabrda yekunlaşacaq - FOTO İş icraçısı: "Binanın səkkiz mərtəbəsində yerləşən mənzillərin 60%-i hazırdır"
Sosial müdafiə
29 İyul , 2015 10:42
Binəqədidə yanan binada təmir işləri sentyabrda yekunlaşacaq - FOTO

Bakı. 29 iyul. REPORT.AZ/ Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən 16 mərtəbəli binada təmir işləri davam edir. "Report"un əməkdaşı binaya baş çəkib, təmir işləri ilə tanış olub.

Binanı təmir edən "Azəraqrartikinti" ASC-nin Sabirabad filialının briqadası tam heyətlə təmir və bərpa işlərini davam etdirir.

Binanın iş icraçısı Gündüz Məmmədov "Report"a bildirib ki, binanın səkkiz mərtəbəsində yerləşən mənzillərin 60%-i hazırdır.

O deyib ki, rəngsaz işlərinin 80%-i görülüb: "Eyvanlarda alçipan işləri görülür. Parket işi başlanılıb, artıq bir hissəsi vurulub. Pəncərələr hissə-hissə gəlir. Gün ərzində 20-30 pəncərə qoyulur".

İş icraçısının sözlərinə görə, elektrik xətləri, su və kanalizasiya sistemi demək olar ki, tam çəkilib: "İndi avadanlıqları yerləşdirilir. Qaz sistemi yoxdur".

G.Məmmədov sentyabr ayının ortalarına binanın sakinlərə təhvil verilməli olduğunu da qeyd edib.

Foto: İsmayıl Nur

Son xəbərlər

Orphus sistemi