Biləsuvarda 180 ailə içməyə su tapmır

Biləsuvarda 180 ailə içməyə su tapmır Biləsuvar rayonunun "Təyyarə meydanı" adlanan yaşayış massivində 180-ə yaxın ailə içməli suya möhtac qalıb.
Sosial müdafiə
21 Sentyabr , 2022 17:49
Biləsuvarda 180 ailə içməyə su tapmır

Biləsuvar rayonunun "Təyyarə meydanı" adlanan yaşayış massivində 180-ə yaxın ailə içməli suya möhtac qalıb.

Bu baradə "Report"un yerli bürosuna yerli sakinlər məlumat verib.

Sakinlərin sözlərinə görə, 10 ildən çoxdur ki, burada məskunlaşıblar da içməyə su tapmırlar: "Şəhər mərkəzinə yaxınıq, lakin içməli suya möhtac qalmışıq. Neçə müddətdir ki, aidiyyəti dövlət orqanlarına müraciət etmişik. Heç bir qurum da bizə köməklik göstərmir. Suyun olmaması səbəbindən ağaclarda quruyub. İçməli suyu məcbur qalıb, xüsusi maşınlardan satın alırıq. Həmin qiymətlərin də 2 dəfə bahalaşması bizi daha da çətin vəziyyətə salıb".

Məsələ ilə bağlı Biləsuvar Sukanal Sahəsindən bildirildi ki, sözügedən yaşayış massivinə su xətlərinin çəkilməsi layihəyə salınıb: "Həmin yaşayış evləri şəhərin su xətti çəklişindən sonra salındığı üçün layihədə göstərilməyib. Lakin ötən il həmin ərazilər layihəyə salınıb, vəsait ayrılan kimi işlərə başlanılacaq".

Son xəbərlər

Orphus sistemi