Bəxtiyar Əliyev Xətai rayonunda məskunlaşan ağdamlı seçicilərlə görüşüb

Bəxtiyar Əliyev Xətai rayonunda məskunlaşan ağdamlı seçicilərlə görüşüb Deputatlığa namizədin seçicilərlə görüşləri davam edir
Sosial müdafiə
23 Oktyabr , 2015 09:58
Bəxtiyar Əliyev Xətai rayonunda məskunlaşan ağdamlı seçicilərlə görüşüb

Bakı. 23 oktyabr. REPORT.AZ/ 118 saylı Ağdam şəhər Seçki Dairəsindən deputatlığa namizəd, Milli Məclisin deputatı, professor Bəxtiyar Əliyev seçicilərlə görüşlərini davam etdirir.

"Report" xəbər verir ki, B.Əliyev Xətai rayonunda məskunlaşan ağdamlılarla görüşüb.

B.Əliyev seçicilərə deputat kimi gördüyü işlərin hesabatını verib. O, Milli Məclisdə təmsil olunduğu dövrdə yalnız deputat seçildiyi dairənin sakinlərinin deyil, bütün Ağdam camaatının problemlərini, çətinliklərini daimi diqqət mərkəzində saxladığını bildirib. B.Əliyev deyib ki, ağdamlıların bütün müraciətlərinə həssaslıqla yanaşıb: "Bunu etmək deputat kimi mənim vəzifəmdi. Amma deputat kimi vəzifəm olmamışdan əvvəl bir ağdamlı, bir ziyalı kimi borcumdu. Bu işləri görmək, sizlərin ən kiçik bir problemini həll etmək mənə ürək rahatlığı verir".

B.Əliyev palatformasında nəzərdə tutulan məsələləri diqqətə çatdırıb. Deputatlığa namizəd bildirib ki, harada və hansı işlə məşğul olmasından asılı olmayaraq daimi doğma ağdamlılarla bir yerdə olacaq, onların hər bir problem və çətinliklərinə öz problemi kimi yanaşacaq.

Görüşdə iştirak edən seçicilər B.Əliyevin seçki platformasını maraqla qarşılayıblar. Çıxış edən seçicilər qeyd ediblər ki, B.Əliyev daima onların etimadını doğruldub, hər zaman seçicilərilə bir yerdə olub. Ağdamlılar öz deputatları ilə fəxr etdiklərini, qürur duyduqlarını söyləyiblər: "Bizim başqa deputata ehtiyacımız yoxdur".

Sonda B.Əliyev seçicilərin suallarını cavablandırıb, görüşə gəldiklərinə və ona dəstək verdiklərinə görə təşəkkürünü bildirib.

Qeyd edək ki, B.Əliyev bundan əvvəl Abşeron, Binəqədi, Nərimanov, Yasamal, Nizami, Səbail və Qaradağ rayonlarında və Şüvəlan, Mərdəkan, Buzovna və Mehdiabad qəsəbələrində məksunlaşmış ağdamlılarla görüşüb.

Deputatlığa namizədin seçicilərlə görüşləri davam edir.

Son xəbərlər

Orphus sistemi