Bərdədə məcburi köçkünlər üçün tibbi aksiya keçiriləcək

Bərdədə məcburi köçkünlər üçün tibbi aksiya keçiriləcək Bakı. 13 fevral. REPORT.AZ/ Bərdə rayonunda məcburi köçkünlər üçün tibbi aksiya keçiriləcək.
Sosial müdafiə
13 Fevral , 2019 17:15
Bərdədə məcburi köçkünlər üçün tibbi aksiya keçiriləcək

Bakı. 13 fevral. REPORT.AZ/ Bərdə rayonunda məcburi köçkünlər üçün tibbi aksiya keçiriləcək.

Bu barədə "Report"a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib. 

Qeyd olunub ki, məcburi köçkünlərin birbaşa yaşayış yerlərində hərtərəfli tibbi müayinəyə cəlb olunması üçün Dövlət Komitəsinin təşəbbüsü, Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə fevralın 15-də Bərdə rayonunda tibbi aksiya keçiriləcək.

Rayondakı məcburi köçkünlər üçün salınmış qəsəbədə təşkil ediləcək tibbi aksiyada akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının həkim briqadası iştirak edəcək.

Vətəndaşlar yüksək ixtisaslı tibb heyəti tərəfindən ödəniş əsaslarla müayinə olunacaq, lazımi həkim məsləhəti ala biləcəklər. Bu cür tibbi aksiyaların respublika ərazisində məcburi köçkünlər üçün salınmış digər qəsəbələrdə də keçirilməsi nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi