Bərdədə 140 məcburi köçkün ailəsinə ərzaq yardımı göstərilib

Bərdədə 140 məcburi köçkün ailəsinə ərzaq yardımı göstərilib "Müasir Azərbaycan Psixoloqları" İctimai Birliyi Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Məcburi köçkün ailələrinə pandemiya dövründə birdəfəlik yardımın göstərilməsi” adlı layihə həyata keç
Sosial müdafiə
10 Noyabr , 2020 19:46
Bərdədə 140 məcburi köçkün ailəsinə ərzaq yardımı göstərilib

"Müasir Azərbaycan Psixoloqları" İctimai Birliyi Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Məcburi köçkün ailələrinə pandemiya dövründə birdəfəlik yardımın göstərilməsi” adlı layihə həyata keçirib.

"Report" xəbər verir ki, layihə çərçivəsində Bərdə rayonunda yaşayan 140 məcburi köçkün ailəsinə birdəfəlik ərzaq yardımı verilib.

Qeyd olunub ki, Azərbaycan dövlətinin sosial sahədə həyata keçirdiyi proqramlar, xüsusilə məcburi köçkünlərlə bağlı atılan addımlar əhalinin bu təbəqəsinin sosial rifahı, maddi durumu və güzəranının yüksəldilməsinə müsbət təsir göstərir. Bildirilib ki, bu proses digər dövrlərdə olduğu kimi, pandemiya şəraitində də davam etdirilir.

"Müasir Azərbaycan Psixoloqları" İctimai Birliyinin Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə birgə həyata keçirdiyi layihə də bu məqsədlərə xidmət edir: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cəmiyyətin həssas təbəqəsindən olan məcburi köçkünləri daima xüsusi diqqətdə saxlayır. Pandemiya dövründə də vətəndaşlarımız dövlətdən ciddi sosial dəstək alırlar. Bu isə onların maddi-rifah halının gücləndirilməsinə, sosial müdafiəsinin təmin edilməsinə şərait yaradır".

Son xəbərlər

Orphus sistemi