Bazar günü Azərbaycan qış vaxtına keçəcək

Bazar günü Azərbaycan qış vaxtına keçəcək Oktyabrın 25-i saat 5.00-da respublika ərazisində saatlar 1 saat geri çəkilməklə yay vaxtı ləğv ediləcək
Sosial müdafiə
161
23 Oktyabr , 2015 14:52
Bazar günü Azərbaycan qış vaxtına keçəcək

Bakı. 23 oktyabr. REPORT.AZ/ Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 17 mart 1997-ci il tarixli, 21 nömrəli Qərarına əsasən hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir. Hər il oktyabr ayının son bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir. Qərarın həyata keçirilməsinə nəzarəti Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən oktyabrın 25-i saat 5.00-da respublika ərazisində saatlar 1 saat geri çəkilməklə yay vaxtı ləğv ediləcək. 

Son xəbərlər

Orphus sistemi