Baş Prokurorluq qulluğa qəbul imtahanının nəticələri barədə məlumat yayıb

Baş Prokurorluq qulluğa qəbul imtahanının nəticələri barədə məlumat yayıb Bakı. 28 fevral. REPORT.AZ/ Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmaqla Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla reallaşdırılan dövlət gənclər siyasətinə uyğun olaraq, prokurorluq orqanlarında müsabiqə yolu ilə işə qəbulun həyata keçirilməsi kadr korpusunun şəffaf prosedurlar əsasında formalaşmasının ən sivil yoludur. Bu yolla həyata keçirilən işə qəbul prokurorluğun kadr tərkibinin hərtərəfli biliyə və yüksək mənəvi keyfiyyətlərə malik, dövlətçilik ideyalarına sədaqətləri ilə seçilən gənc mütəxəssislər hesabına komplektləşdirilməsi üçün geniş imkanlar yaratmış, ölkə həyatının bütün sahələrində gənclərin əməyindən hərtərəfli istifadə olunması barədə dövlət başçısının verdiyi tapşırıqların icrası yolunda mühüm vasitə olub.
Sosial müdafiə
28 Fevral , 2018 18:09
Baş Prokurorluq qulluğa qəbul imtahanının nəticələri barədə məlumat yayıb

Bakı. 28 fevral. REPORT.AZ/ Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmaqla Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla reallaşdırılan dövlət gənclər siyasətinə uyğun olaraq, prokurorluq orqanlarında müsabiqə yolu ilə işə qəbulun həyata keçirilməsi kadr korpusunun şəffaf prosedurlar əsasında formalaşmasının ən sivil yoludur. Bu yolla həyata keçirilən işə qəbul prokurorluğun kadr tərkibinin hərtərəfli biliyə və yüksək mənəvi keyfiyyətlərə malik, dövlətçilik ideyalarına sədaqətləri ilə seçilən gənc mütəxəssislər hesabına komplektləşdirilməsi üçün geniş imkanlar yaratmış, ölkə həyatının bütün sahələrində gənclərin əməyindən hərtərəfli istifadə olunması barədə dövlət başçısının verdiyi tapşırıqların icrası yolunda mühüm vasitə olub.

2002-ci ildən başlayaraq müsabiqə yolu ilə qulluğa qəbul edilmiş 780 gənc mütəxəssis hazırda prokurorluğun kadr korpusunun 65 faizini təşkil etməklə təyinat aldıqları müxtəlif vəzifələrdə səmərəli fəaliyyət göstərirlər.

Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. 

Fevralın 28-də Baş Prokurorluq tərəfindən Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə müvafiq olaraq, elan edilmiş sayca 18-ci müsabiqənin ilkin mərhələsi olan test imtahanı keçirilib.

Prokurorluq orqanlarına işə qəbulla əlaqədar saat 10:00-dan başlayaraq 3 saat ərzində vahid auditoriyada - Bakı İdman Sarayında Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə keçirilən imtahanı dövlət qurumlarının nümayəndələri ilə yanaşı, qeyri-hökumət və beynəlxalq təşkilatların, habelə kütləvi informasiya vasitələrinin nümayəndələri müşahidə ediblər.

İmtahan başa çatdıqdan sonra namizədlərin cavab kartları Dövlət İmtahan Mərkəzində yoxlanılıb və imtahanda iştirak edən 410 namizəddən 222-si müsabiqənin növbəti mərhələsi olan yazılı imtahanda iştirak etmək hüququ qazanıb.

Nəticələr Dövlət İmtahan Mərkəzinin və Baş Prokurorluğun internet saytlarında yerləşdirilib.

İmtahanda uğurlu nəticə əldə etmiş namizədlərin diqqətinə çatdırılır ki, yazılı imtahanın keçiriləcəyi yer və vaxt barədə kütləvi informasiya vasitələrində və Baş Prokurorluğun internet saytında əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi