Yuxarı

Baş nazirin müavini: "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində böyük islahatlar həyata keçirilir"

Baş nazirin müavini: "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində böyük islahatlar həyata keçirilir"
© Report

Bakı. 20 noyabr. REPORT.AZ/ "Son vaxtlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində böyük islahatlar həyata keçirilir".

"Report" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi DOST konsepsiyasının, "e-sosial" internet portalının, yeni loqosunun və rəsmi internet səhifəsinin təqdimat mərasimində Baş nazirin müavini Əli Əhmədov deyib.

O bildirib ki, hər bir cəmiyyətdə dövlətin qayığısına ehtiyacı olan insanlar var: "Azərbaycan hökumətinin hədəfi qayğıya ehtiyacı olan şəxslərin sosial müdafiəsini gücləndirməkdir. Hökumətimiz, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu hədəfləri dəqiqliklə həyata keçirmək üçün layihəni gerçəkləşdirməyi nəzərdə tutublar. DOST Agentliyinin yaradılmasında birinci məqsəd insanlara daha yaxından xidmət göstərmək, ikinci məqsəd şəffaflığın təmin olunması, üçüncü məqsəd xüsusi ehtiyacı olan insanlara xidməti asanlıqla təqdim etməkdir. Hesab edirəm ki, Nazirlik bu xidməti daha yüksək səviyyədə təşkil edəcək. Ümid edirəm ki, bu xidmət sosial qayğıya ehtiyacı olan insanlar tərəfindən seviləcək".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi