Yuxarı

Baş nazirin müavini:"Dərman vasitələrinin qiymətlərinin süni şəkildə artırılmasına qarşıyıq"

Müvafiq prosedur qaydalarından sonra Nazirlər Kabineti tərəfindən yekun normativ sənəd hazırlanacaq

Bakı. 20 yanvar. REPORT.AZ/ "Ölkədə satılan dərman vasitələrinin hər birinin keyfiyyəti artırılmalıdır, onların qiymətlərinin süni şəkildə artırılmasına qarşıyıq". "Report" xəbər verir ki, bunu baş nazirin müavini Əli Əhmədov jurnalistlərə dərman preparatlarının vahid qiymətə satılması ilə bağlı sualı cavablandırarkən bildirib.

Ə.Əhmədov qeyd edib ki, Azərbaycan Milli Məclisində "Dərman vasitələri haqqında" qanun layihəsində dəyişikliklər edilib və müvafiq prosedur qaydalarından sonra Nazirlər Kabineti tərəfindən yekun normativ sənəd hazırlanacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi