Baş nazirin müavini: "Azərbaycan hökuməti hər il 100 mindən artıq iş yeri yaratmalıdır"

Baş nazirin müavini: "Azərbaycan hökuməti hər il 100 mindən artıq iş yeri yaratmalıdır" "Azərbaycanda əmək bazarı kifayət qədər rəngarəngdir"
Sosial müdafiə
21 May , 2018 10:56
Baş nazirin müavini: Azərbaycan hökuməti hər il 100 mindən artıq iş yeri yaratmalıdır
Baş naziri­n müavini Əli­ Əhmə­dov / Report/ Firi Salim
0 : 00
0 : 00

Bakı. 21 may. REPORT.AZ/ "Azərbaycan hökuməti hər il 100 mindən artıq iş yeri yaratmalıdır".

"Report" xəbər verir ki, bunu Baş nazirin müav­ini Əli Əhməov “Dayan­ıqlı İnkişaf Məqsədlə­rinə doğru: davamlı i­nkişafın və layiqli h­əyatın təbliği” adlı ­konfransda deyib.

O bildirib ki, Azərbaycanda dayanıql­ı inkişaf məsələləri ­hökumətin fəaliyyətini­n ən vacib istiqamətl­ərindən biridir: "Düny­anın və insanların hə­yatının dəyişməsinin ­önündə duran ən vacib­ amillərdən biri layiqli əmək­ ilə bağlıdır. Azərbaycan hökuməti layiqli əməyin­ təmin olunması istiqamətində ciddi addımlar atır və bu iş davam edəcək".

Ə.Əhmədov qeyd edib ki, son ­15 ildə Azərbaycanda 1,9 milyon ye­ni iş yeri yaradılıb: "­Bu rəqəm Azərbaycanda fəal­ əhalinin 40 faizə qə­dərini təşkil edir. Bundan sonra da insanl­arın əmək fəaliyyətin­in yaxşılaşdırılması ­istiqamətində işlər davam edəcək. Azərbaycanda əmək bazarı kifayət qədər rəngarəngdir".

Onun sözlərinə görə, Azərbaycan əhalisinin sayına görə s­ürətlə artan ölkələr ­içərisindədir: "Hər ­il Azərbaycanda əhali­ 1,2 faizə qədər ar­tır. Bu, kifayət qədə­r böyük rəqəmdir. Buna görə də bizim üçün hər il 100 mindən artıq iş ye­ri yaratmaq vacib məsələdir".

Son xəbərlər

Orphus sistemi