Baş nazir: "Bu gün əhalinin sosial müdafiəsi prioritet təşkil edir"

Baş nazir: "Bu gün əhalinin sosial müdafiəsi prioritet təşkil edir" “Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kursda insan amili, əhalinin sosial müdafiəsi prioritet təşkil edir”
Sosial müdafiə
8 May , 2021 09:17
Baş nazir: Bu gün əhalinin sosial müdafiəsi prioritet təşkil edir
Əli Əsədov
0 : 00
0 : 00

“Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kursda insan amili, əhalinin sosial müdafiəsi prioritet təşkil edir”.

“Report”un xəbərinə görə, bunu Azərbaycanın Baş naziri Əli Əsədov deyib.

“Əhalinin sosial maraqlarının təminatı, xüsusən aztəminatlı insanların sosial müdafiəsi, şəhid və qazilərin, qaçqın və məcburi köçkün ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması, ölkənin iqtisadi potensialının, ilk növbədə, xalqın rifahına yönəldilməsi dövlət qarşısında strateji vəzifələrdən biri kimi müəyyən edilib. Milli iqtisadiyyatın sosialyönümlülük prinsipi əsasında inkişafı Ulu Öndərin əsas strateji hədəflərindən biri olub”, - o vurğulayıb.

Son xəbərlər

Orphus sistemi