Bakının Yasamal rayonunda küçə ticarətinin qarşısı alınıb

Bakının Yasamal rayonunda küçə ticarətinin qarşısı alınıb Polis küçə ticarəti və antisanitariya tədbirlərini davam etdirir.
Sosial müdafiə
10 Avqust , 2019 15:43
Bakının Yasamal rayonunda küçə ticarətinin qarşısı alınıb

Polis küçə ticarəti və antisanitariya tədbirlərini davam etdirir.

Yasamal rayonu ərazisində Elmlər Akademiyası və İnşaatçılar metrostansiyasının giriş çıxışlarında, piyada keçidlərində, avtobus dayanacaqlarında küçə boyu antisanitariya və küçə ticarəti ilə bağlı yaranmış vəziyyət aradan qaldırılıb.

Polisin ərazidə aparıdığı təmizliklə bağlı "Report"a məlumat verən paytaxt sakinləri görülən işlərdən razılıqlarını ifadə ediblər, ərazidə hüquq qaydasının təminatı işinin səmərəli təşkili üçün polisin profikatik tədbirlərini alqışlayırlar.

Bakı şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev "Report"a faktı təsdiqlərək bildirib ki, hər bir paytaxt sakini hüquq qaydasının etibarlı təminatına töhfə verməklə, daha çox küçə ticarətinin yaratdığı antisanitar vəziyyətə həssas olmalı, elementar normalara əməl etməldir, satış yalnız müəyyən olunan ünvanlarda həyata keçirilməlidir.

Son xəbərlər

Orphus sistemi