​Bakının hansı rayonunda işləyən muzdlu işçi daha çox əməkhaqqı alır?

​Bakının hansı rayonunda işləyən muzdlu işçi daha çox əməkhaqqı alır? Ən aşağı hədd Binəqədi rayonunda qeydə alınıb
Sosial müdafiə
13 Aprel , 2016 16:13
​Bakının hansı rayonunda işləyən muzdlu işçi daha çox əməkhaqqı alır?

Bakı. 13 aprel. REPORT.AZ/ Bakı şəhəri və rayonları üzrə muzdla işləyənlərin orta aylıq əməkhaqqının ən yüksək olduğu rayon Pirallahıdır.

"Report" Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, son statistik məlumatlarda bu rayonda muzdla işləyənlərin orta aylıq əməkhaqqının 1301,7 manat olduğu bildirilib.

Bakı şəhəri üzrə cəmi muzdla işləyən işçilərin orta aylıq əməkhaqqı 2014-cü ildə 621,2 manat olub. 2010-cu ildə bu rəqəm 474,8 manat kimi qeydə alınıb.

Pirallahı rayonundan sonra muzdla işləyən işçilərin orta aylıq əməkhaqqının yüksəkliyinə görə Səbail (994 manat), 776,2 manatla Qaradağ rayonu gəlir.

Ən aşağı orta aylıq əməkhaqqı (416,5 manat) isə Binəqədi rayonundadır.

Xətai rayonunda 633,7, Xəzərdə 570,1, Nərimanovda 513,8, Nəsimi rayonunda 496,1, Nizami ərazsində 499,6, Sabunçuda 431,3, Suraxanıda 571,5, Yasamalda isə 611 manat olub.  

Son xəbərlər

Orphus sistemi