Yuxarı

​Bakının dörd rayonunda demoqrafik balans pozulub

Paytaxt əhalisinin 1094,4 min nəfəri kişi, 1109,8 nəfəri isə qadındır

Bakı. 23 iyun. REPORT.AZ/ Bakı şəhəri əhalisinin 1094,4 min nəfəri kişi, 1109,8 nəfəri isə qadındır.

Bu barədə "Report" Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

Binəqədi rayonunda 257,9 min qeydiyyatda olan əhali yaşayır ki, onlardan 129,4 mini kişi, 128,5 min nəfəri qadındır.

Kişilərin sayının çox olduğu digər rayon Xəzər rayonudur. Rayonun 160,4 min nəfər əhalisindən 81,8 min nəfəri kişi, 78,6 min nəfəri qadındır. Qaradağ əhalisinin 60,2 min nəfəri kişi, 58,3 mini qadınlardır. Pirallahı rayonunda əhalinin 10,1 min nəfəri kişi, 9,8 min nəfəri qadındır.

Qadınların sayının çox olduğu rayonların siyahısına isə Yasamal rayonu liderlik edir. Ümumiyyətlə, Yasamal (118,2 min kişi, 125,4 min qadın), Suraxanı (104,5 min kişi, 107,8 min qadın), Xətai (134,7 min kişi, 136 mini qadın), Səbail (48 min kişi, 52,1 min qadın), Nizami (95,9 min kişi, 97,9 min qadın), Nəsimi (107,9 min kişi, 109,5 min qadın), Nərimanov (85,4 min kişi, 87,7 min qadın) rayonlarında qadınların sayı kişiləri üstələyir.

Sabunçu rayonunda isə qadın və kişi əhalinin say nisbəti təxminən (118,3 min kişi, 118,2 min qadın) eynidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi