Bakıda "Birlik" Xeyriyyə Təşkilatı tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunan tədbir keçirilib.
"Report"un məlumatına görə, tədbir təşkilatın məsul şəxsləri - Murad Qulubəyli və Cəlil Xudiyevin təşəbbüsü ilə baş tutub.
Tədbirdə paytaxtda yerləşən üç internat məktəbində yaşayan valideyn himayəsindən məhrum olunmuş 36 uşaq iştirak edib.
Şənlikdə əməkdar artist Tünzalə Ağayeva və müğənni Xəyyam Nisanov müxtəlif mahnılar ifa ediblər.
Tədbir uşaqlar üçün əyləncəli animasiya şounun nümayiş olunması ilə davam etdirilib.
Sonda uşaqlara müxtəlif hədiyyələr təqdim olunub.
Qeyd edək ki, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün "Birlik" Xeyriyyə Təşkilatı tərəfindən tədbirlərin keçirilməsinə 2012-ci ildən start verilib.