Bakıda turizm sahəsində karyera qurmaq istəyən gənclər üçün tədbir keçiriləcək

Bakıda turizm sahəsində karyera qurmaq istəyən gənclər üçün tədbir keçiriləcək Tədbirdə ölkədə fəaliyyət göstərən turizm şirkətləri və aidiyyəti müəssisələr tərəfindən vakant iş yerləri təqdim ediləcək
Sosial müdafiə
24 Aprel , 2017 20:46
Bakıda turizm sahəsində karyera qurmaq istəyən gənclər üçün tədbir keçiriləcək

Bakı. 24 aprel. REPORT.AZ/ Bakı Biznes Mərkəzində (Bakı şəhəri, Neftçilər prospekti 44) mayın 2-də saat 11:00-da tələbə və məzunların turizm sahəsi üzrə əmək bazarına inteqrasiyasına kömək göstərilməsi məqsədilə “Karyerada ilk addım” devizi altında tədbir keçiriləcək.

Bu barədə “Report”a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) məlumat verilib.

Tədbir ƏƏSMN və Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü, eləcə də dəstəyi Turizm və Menecment Universitetinin təşkilatçılığı ilə baş tutacaq.

Tədbirdə ölkədə fəaliyyət göstərən mehmanxanalar, turizm şirkətləri və aidiyyəti müəssisələr tərəfindən vakant iş yerləri və karyera planları haqqında məlumatlar təqdim ediləcək.

Turizm sahəsində ali təhsilli və yaxud təhsil alan, müvafiq sertifikat kurslarını bitirən, müəyyən iş təcrübəsi olub hazırda iş axtaran turizm sahəsi üzrə bütün maraqlı şəxslər (CV-ləri ilə birgə) tədbirdə iştirak edə bilərlər.

Son xəbərlər

Orphus sistemi