​Bakıda tələbə və məzunlar üçün əmək yarmarkası keçiriləcək

​Bakıda tələbə və məzunlar üçün əmək yarmarkası keçiriləcək Tədbir “Karyerada ilk addım” devizi altında təşkil olunacaq
Sosial müdafiə
29 Aprel , 2015 10:24
​Bakıda tələbə və məzunlar üçün əmək yarmarkası keçiriləcək

Bakı. 29 aprel. REPORT.AZ/ Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tələbə və məzunların əmək bazarına inteqrasiyası məqsədilə aprelin 30-da Azərbaycan Texniki Universitetində aktiv məşğulluq tədbiri keçirəcək.

Bu barədə “Report”a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Tədbir “Karyerada ilk addım” devizi altında təşkil olunacaq.

Tədbir zamanı tələbə və məzunlar əmək bazarı, öz ixtisaslarına uyğun vakansiyalar barədə məlumatlar əldə edəcək və istəklərinə uyğun olaraq onlara həmin vakansiyalar üzrə göndərişlər veriləcək. Həmçinin işəgötürənlər müasir tələblərə cavab verən ixtisaslı kadrların seçimini aparmaq imkanı qazanacaqlar. İl ərzində ölkənin digər ali təhsil müəssisələrində də belə tədbirlərin təşkili nəzərdə tutulur.

Qeyd edək ki, ötən il ərzində gənclərin əmək bazarına çıxışının dəstəklənməsi məqsədilə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir şəhərlərindəki, Abşeron və Lənkəran rayonlarındakı ali təhsil müəssisələrində 10 aktiv məşğulluq tədbiri keçirilib. Həmin tədbirlər nəticəsində 185 nəfər gənc münasib işlə təmin edilib.

Son xəbərlər

Orphus sistemi