Bakıda sağlamlıq imkanları məhdud uşaqlar üçün tifloşərhlə cizgi film nümayiş etdiriləcək

Bakıda sağlamlıq imkanları məhdud uşaqlar üçün tifloşərhlə cizgi film nümayiş etdiriləcək 13 noyabr - Beynəlxalq Gözdən Əlillər Günüdür
Sosial müdafiə
13 Noyabr , 2014 12:01
Bakıda sağlamlıq imkanları məhdud uşaqlar üçün tifloşərhlə cizgi film nümayiş etdiriləcək
Bakı. 13 noyabr. REPORT.AZ/ Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sifarişi ilə Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində Gözdən Əlillər üçün Tədris-Bərpa Mərkəzi inşa etdirilir və Mərkəzin bu ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır. "Report" xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda bildirilib.

Cari ilin ötən dövründə nazirliyin sifarişi ilə “Görmə qabiliyyəti zəif olan sağlamlıq imkanları məhdud uşaqlar üçün informasiya mərkəzlərinin yaradılması” layihəsinin icrasına başlanılıb. Eyni zamanda, nazirliyin sifarişi ilə “Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi proqramlar ilə idman, incəsənət və xalq sənəti növlərinin öyrədilməsinə yardım göstərilməsi” layihəsi çərçivəsində görmə imkanları məhdud şəxslər üçün televiziya, kino, teatr və muzeylərin müyəssərliyinin təmin edilməsi işləri aparılır. Həmin işlərdən biri kimi bu gün R. Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Qaraca qız” filmi və “Tıq-tıq xanım” cizgi filmi sağlamlıq imkanları məhdud uşaqlar üçün tifloşərhlə (səssiz, yaxud mimika ilə ifadə edilmiş hərəkətləri, kadr dəyişikliyini və s. tamaşaçıya sözlər vasitəsi ilə çatdırma) təqdim olunacaq.

Qeyd edək ki, 13 noyabr - Beynəlxalq Gözdən Əlillər Günüdür. 

Son xəbərlər

Orphus sistemi