Bakıda “Qurban bazar” adlı xeyriyyə yarmarkası təşkil ediləcək - VİDEO

Bakıda “Qurban bazar” adlı xeyriyyə yarmarkası təşkil ediləcək - VİDEO Yarmarkadan əldə edilən vəsait kimsəsiz və əlil uşaqlara sərf olunacaq
Sosial müdafiə
22 Avqust , 2017 15:20
Bakıda “Qurban bazar” adlı xeyriyyə yarmarkası təşkil ediləcək - VİDEO

Bakı. 22 avqust. REPORT.AZ/ Bakıda “Qurban bazar” adlı xeyriyyə yarmarkası təşkil ediləcək.

"Report" xəbər verir ki, yarmarka avqustun 26-27-də Premier Expo Hoteldə olacaq.

Layihə maddi və mənəvi dəstəyə ehtiyacı olanlara yardım edən “Həyat” Fondunun və “Damla” İctimai Birliyinin təşəbbüsü, "Sarafan MF" və "Hijab Queen"in təşkilatçılığı ilə keçiriləcək. Yarmarkadan əldə edilən vəsait kimsəsiz və əlil uşaqlara əsil bayram yaşatmaq üçün sərf olunacaq.

Yarmarkada məşhur brendlərin, gənc dizaynerlərin təqdim etdikləri yeniliklər - gözəl geyimlər, orijinal suvenirlər, aksessuarlar, incə əl işləri təqdim olunacaq.

Qeyd edək ki, yarmarkanın rəsmi açılışı 26 avqust, saat 12.00-da baş tutacaq.

Son xəbərlər

Orphus sistemi