Bakıda “Qadına qarşı zorakılıq gələcəyimizə qəsddir” şüarı altında sosial aksiya keçirilib

Bakıda “Qadına qarşı zorakılıq gələcəyimizə qəsddir” şüarı altında sosial aksiya keçirilib Bakı. 30 noyabr. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin dəstəyi və Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar Şurasının üzvü, sahibkar qadın Ruhi Əliyevanın təşəbbüsü ilə “Qadına qarşı zorakılıq gələcəyimizə qəsddir” şüarı altında sosial aksiya keçirilib.
Sosial müdafiə
30 Noyabr , 2017 20:17
Bakıda “Qadına qarşı zorakılıq gələcəyimizə qəsddir” şüarı altında sosial aksiya keçirilib
Report

Bakı. 30 noyabr. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin dəstəyi və Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar Şurasının üzvü, sahibkar qadın Ruhi Əliyevanın təşəbbüsü ilə “Qadına qarşı zorakılıq gələcəyimizə qəsddir” şüarı altında sosial aksiya keçirilib.

"Report" xəbər verir ki, tədbirdə dövlət rəsmiləri ilə yanaşı, incəsənət xadimləri də iştirak ediblər.

Əvvəlcə qadın zorakılığı ilə bağlı videoçarx yayımlanıb.

Ruhi Əliyeva çıxışında hər kəsi qadın zorakılğına son verməyə səsləyib. O, sosial səfir, eyni zamanda aksiyanın təşəbbüskarı olaraq qadına mərhəmət, nəvaziş göstərməyi aşılayaraq zorakılığı qınayıb.

DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin şöbə rəisi İlkin Qurbanov bildirib ki, bu gün dünya ölkələrində, eləcə də Azərbaycanda zorakılığa məruz qalan qadınlar arasında insan alveri qurbanları da var: "İnsan alveri qurbanlarına çevrilən qadınların cəmiyyətdə ayrı-seçkiliyə məruz qalmaması üçün sahibkar qadınlar fəallıq nümayiş etdirirlər".

Tədbirin bədii hissəsində xalq artisti Samir Cəfərovun orkestrliyi ilə canlı ifalar səsləndirilib. Həmçinin Azərbaycan Dövlət Pantomima Teatrının qadın zorakılığına qarşı mini-tamaşası nümayiş olunub.

Qeyd edək ki, noyabrın 25-dən davam edən sosial aksiyanın məqsədi zorakılığa məruz qalmış qadınlara dəstək göstərmək, xanımlara əzm hissini aşılamaq, psixoloji durumunda müxtəlif pozuntular olan insanları, yəni qadınlara qarşı zorakılıq göstərənləri, eləcə də gələcək nəsli marifləndirməkdir. 

Son xəbərlər

Orphus sistemi