Bakıda piyada səkisində ət kəsən şəxs cərimələnib 

Bakıda piyada səkisində ət kəsən şəxs cərimələnib  Bakı polisi antisanitar vəziyyətdə fəaliyyət göstərən ət-kəsim məntəqəsi ilə bağlı tədbir görüb.
Sosial müdafiə
29 Oktyabr , 2021 10:00
Bakıda piyada səkisində ət kəsən şəxs cərimələnib 
0 : 00
0 : 00

Bakı polisi antisanitar vəziyyətdə fəaliyyət göstərən ət-kəsim məntəqəsi ilə bağlı tədbir görüb.

Bu barədə "Report"a Xətai Rayon Polis İdarəsindən məlumat verilib.

Bildirilib ki, rayonun Nəsrəddin Tusi küçəsində antisanitar vəziyyətdə fəaliyyət göstərən ət-kəsim məntəqəsinin sahibi ilə profilaktiki söhbətlər aparılıb, daha sonra qanunamüvafiq qaydada tədbirlər görüb: "Bundan sonra ət kəsimi yalnız obyektin daxilində olacaq".

Qeyd edək ki, paytaxtın Xətai rayonunda, Nəsrəddin Tusi küçəsində antisanitar vəziyyətdə ət-kəsim məntəqəsi fəaliyyət göstərirdi. Sözügedən ərazidə fərdi şəkildə, hətta piyada səkisində ət kəsimi ilə məşğul olurdular. Normalara cavab verməyən ət kəsim məntəqəsində kəsilən heyvanların qanı piyada səkisinə və avtomobil yoluna axıdılırdı.

Son xəbərlər

Orphus sistemi