Bakıda “Gender əsaslı Bələdiyyə Akademiyasının” açılışı olub

Bakıda “Gender əsaslı Bələdiyyə Akademiyasının” açılışı olub Bakıda “Gender əsaslı Bələdiyyə Akademiyasının” açılışı olub.
Sosial müdafiə
22 Noyabr , 2019 12:57
Bakıda “Gender əsaslı Bələdiyyə Akademiyasının” açılışı olub

Bakıda “Gender əsaslı Bələdiyyə Akademiyasının” açılışı olub. 

"Report"un məlumatına görə, akademiyanın açılışını Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin əməkdaşlıq bölməsinin rəhbəri, müşavir-elçi Simona Qatti, BMTİP-nin Azərbaycandakı rezident nümayəndəsinin müavini Çaru Bist və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova edib.

Bildirilib ki, akademiya qadınlar üçün yerli idarəetmə, liderlik və seçkilərdə müşahidəni öyrənmək və bu sahələr üzrə bilik və bacarıqlara yiyələnmək üçün qeyri-formal təhsil platformasıdır. Akademiyanın əsas məqsədi qarşıdan gələn bələdiyyə seçkilərinə müraciət edən qadınların sayını artırmaq və bunu onlara lazımi bilikləri və təlimləri təqdim etməkdir.

Akademiya “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyinin həyata keçirdiyi “Dayanıqlı İnkişaf Məqsədlərinin tətbiqi vasitəsilə gender əsaslı bələdiyyələrin təşviqi” layihəsinin bir hissəsi olaraq yaradılıb. Layihə Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi “Genderə həssas Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində vətəndaş cəmiyyətinin rolunun artırılması” adlı daha geniş bir layihə çərçivəsində həyata keçirilir. Birillik layihənin əsas məqsədi qadınların qərar qəbuletmə prosesində iştirakının təşviqinə dəstək olmaqdır. Layihə artıq bir sıra davamlı fəaliyyətlər həyata keçirib ki, bunlara qadın müşahidəçilərin yerli seçkilərdə müşahidə bacarıqlarının artırılması, effektiv seçki kampaniyasının keçirilməsi və yerli idarəetmədə qadınların geniş iştirakını ictimailəşdirmə təlimləri daxildir. Layihə 17 Dayanıqlı İnkişaf Məqsədinə, xüsusilə də 5-ci Dayanıqlı İnkişaf Məqsədi - Gender bərabərliyinə töhfə verir və bu da, öz növbəsində, qadınların siyasi, iqtisadi və ictimai həyatın bütün səviyyələrində liderliyi və tam və effektiv iştirakını təmin edir.

Son xəbərlər

Orphus sistemi