Bakıda “Əsgərə məktub!” layihəsinə start verilib

Bakıda “Əsgərə məktub!” layihəsinə start verilib “Xalqın birliyini simvolizə edəcək toplanan bütün məktublar cəbhə bölgəsində döyüşən əsgərlərə çatdırılacaq”
Sosial müdafiə
5 Aprel , 2016 10:11
Bakıda “Əsgərə məktub!” layihəsinə start verilib

Bakı. 5 aprel. REPORT.AZ/ “ASAN Könüllüləri” “Əsgərə məktub!” layihəsinə start verib.

Bu barədə “Report”a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib.

Bakı şəhərində yerləşən “ASAN xidmət” mərkəzlərində ayrılan xüsusi məntəqələrə yaxınlaşaraq hər bir Azərbaycan vətəndaşı mənəvi dəstəyini Azərbaycan əsgərlərinə göstərə bilər. Azərbaycan dövləti hər cür maddi-texniki resurslarla təmin olunan Azərbaycan əsgərinə ən böyük ehtiyacı olan mənəvi dəstəyi vətəndaşların ünvanladığı məktublarla çatdıracaq. Xalqın birliyini simvolizə edəcək toplanan bütün məktublar cəbhə bölgəsində döyüşən əsgərlərə çatdırılacaq.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin son günlər baş verən hadisələrin timsalında göstərdiyi cəsarətli və inamlı duruş hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olub. Aprelin 2-nə keçən gecə Ermənistan Silahlı Qüvvələri bütün cəbhə boyu Azərbaycan mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlardan intensiv atəşə tutub. Azərbaycan Silahlı Qüvvələri qarşı tərəfə amansız cavab verib və ordunun gücü qarşısında aciz qalan düşmən geri çəkilməyə məcbur olub.

Son xəbərlər

Orphus sistemi