Bakıda Dünya Serebral İflic Gününə həsr olunmuş aksiya keçirilib

Bakıda Dünya Serebral İflic Gününə həsr olunmuş aksiya keçirilib Tədbir zamanı uşaqların ifasında rəqs nömrəsi nümayiş olunub
Sosial müdafiə
3 Oktyabr , 2016 14:40
Bakıda Dünya Serebral İflic Gününə həsr olunmuş aksiya keçirilib

Bakı. 3 oktyabr. REPORT.AZ/ Dənizkənarı Milli Parkda "Qayğı - Sağlam Nəsil Naminə" İctimai Birliyinin təşkilatçılığı ilə Dünya Serebral İflic Gününə həsr olunmuş aksiya keçirilib.

"Report" xəbər verir ki, aksiyada 28 serebral iflicli uşaq iştirak edib. Onlar serebral iflicli və fiziki qüsurlu uşaqların üzləşdikləri problemlərə ictimaiyyətin diqqətini cəlb etmək məqsədilə üzərində mövzu ilə bağlı xüsusi şüarlar yazılmış köynəklər geyinib və havaya ürək şəklində qırmızı şarlar buraxıblar.

Tədbir zamanı həmin uşaqların ifasında rəqs nömrəsi nümayiş olunub. Aksiyadan sonra uşaqlar attraksionlara miniblər, sonra onlar üçün ziyafət təşkil olunub.

Qeyd edək ki, oktyabrın 5-i bütün dünyada Dünya Serebral İflic Günüdür.

Son xəbərlər

Orphus sistemi