Bakıda “Azərbaycan qadınına seçki hüququ verilməsinin 100 illiyi” münasibətilə tədbir keçirilib

Bakıda “Azərbaycan qadınına seçki hüququ verilməsinin 100 illiyi” münasibətilə tədbir keçirilib Bakı. 7 mart. REPORT.AZ/ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Azərbaycan qadınına seçki hüququ verilməsinin 100 illiyi” münasibətilə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş konfrans keçirib.
Sosial müdafiə
7 Mart , 2018 17:39
Bakıda “Azərbaycan qadınına seçki hüququ verilməsinin 100 illiyi” münasibətilə tədbir keçirilib
Report/ Firi Salim

Bakı. 7 mart. REPORT.AZ/ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Azərbaycan qadınına seçki hüququ verilməsinin 100 illiyi” münasibətilə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş konfrans keçirib.

"Report" xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, deputatlar, dövlət rəsmiləri və başqaları iştirak ediblər.

Konfransdan əvvəl qonaqlar Fəxri və Şəhidlər xiyabanlarını və “Azad qadın” heykəlini ziyarət ediblər.

Tədbir “Azərbaycan Xalq Cumhuriyyəti dövründə qadınlar” adlı filmin nümayişi ilə başlayıb. Daha sonra Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dövlət başçısının qadınlara təbrik məktubunu səsləndirib. 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycan qadınının keçdiyi tərəqqi yolundan danışıb. O qeyd edib ki, Azərbaycanda bəzi digər ölkələrdən fərqli olaraq qadınların hüquqlarının müdafiəsinə münasibət fərqlidir: "Qadın hüquqlarının müdafiəsi ölkəmizdə prioritet məsələlərdəndir".

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov Cümhuriyyət dövründən başlayaraq bu günə qədər Azərbaycan qadınının keçdiyi inkişaf yolundan danışıb. 

Sonra Azərbaycan elminin və mədəniyyətinin inkişafında öz sözlərini demiş, eləcə də ictimai-siyasi sahədə mühüm xidmətləri olan bir qrup qadınlara Prezident təltifləri təqdim olunub. 

Eyni zamanda hər il olduğu kimi bu il də ailə, qadın və uşaq siyasətinin həyata keçirilməsi sahəsində səmərəli fəaliyyət göstərmiş tanınmış ziyalılar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mükafatlandırılıb.

Tədbir bədii hissə ilə davam edib.

Orphus sistemi