Bakıda "0 tullantı" adlı yay məktəbi fəaliyyətə başlayıb

Bakıda "0 tullantı" adlı yay məktəbi fəaliyyətə başlayıb Dörd gün davam edəcək məktəbdə tələbələrə şəhər həyatının vacib elementlərindən olan tullantıların idarə edilməsi sahəsi dərindən öyrədiləcək
Sosial müdafiə
21 İyul , 2015 14:42
Bakıda 0 tullantı adlı yay məktəbi fəaliyyətə başlayıb

Bakı. 21 iyul. REPORT.AZ/ "ADA" universitetində müsabiqə yolu ilə seçilən 40 gəncin iştirak etdiyi "0 tullantı" adlı yay məktəbi start götürüb. Bu barədə "Report"a "Təmiz Şəhər" ASC-dən məlumat verilib.

Dörd gün davam edəcək məktəbdə tələbələrə şəhər həyatının vacib elementlərindən olan tullantıların idarə edilməsi sahəsi dərindən öyrədiləcək. Artıq 5-ci ildir ki, "Təmiz Şəhər" ASC-nin təşkil etdiyi məktəb IDEA İctimai Birliyinin və "ADA" universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin dəstəyi ilə keçirilir. Bu dəfəki məktəbin mövzusu ətraf mühitin qorunmasına, xüsusilə böyük şəhərlərdə başlıca ekoloji təhdid hesab olunan tullantıların idarə edilməsinə həsr olunub.

İyulun 24-dək davam edəcək təlim iştirakçıları tullantıların ətraf mühitə vurduğu ziyan, qida tullantılarının azaldılması, təkrar emal, sənaye çirkləndirilməsi, ekoloji layihələrin idarə olunması və digər mövzulara həsr olunmuş peşəkar mühazirələri dinləyəcək, maraqlı müzakirələrdə iştirak edəcək, bu sahənin mütəxəssisləri ilə canlı ünsiyyətdə olacaq və intelektual oyunlara qoşulacaqlar. Bununla yanaşı, gənclər təkrar emal müəssisələrinə səfərlərdə iştirak edərək, tullantıların utilizasiyası prosesini əyani şəkildə izləmək imkanı əldə edəcəklər.

Gənclər, həmçinin təlimlərin gedişatında əldə etdikləri bilikləri təcrübədən keçirəcək və müvafiq kiçik layihələr hazırlamaqla, ətraf mühitə öz töhfələrini verəcəklər.

Son xəbərlər

Orphus sistemi